Mehman Hüseynovun videosundakı şəxs üzr istədi

Поделиться
Kopya edildi

Bloger Mehman Hüseynovun yayımladığı videoda özünü polis kimi təqdim edərək insanlara hədə-qorxu gəldiyi bildirilən şəxslə bağlı araşdırmalar aparılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, aparılan araşdırmalar nəticəsində həmin şəxsin paytaxt sakini, 42 yaşlı Elxan Tağıyev olduğu müəyyən edilib.

O, Nərimanov Rayon Polis İdarəsinə dəvət olunaraq onunla profilaktik söhbət aparılaraq sərbəst buraxılıb: "Həmin şəxs polis əməkdaşı deyil, ümumiyyətlə əvvəllər də polis orqanlarında xidmət etməyib. Elxan Tağıyev mübahisə zamanı işlətdiyi kobud ifadələrə görə peşman olduğunu bildirməklə, üzrxahlıq edib".


Новости   Просмотров: 961   Дата: 06 мая 2021  

Другие видео