Bakıdakı BAZARLAR virusa görə bağlanır? - AÇIQLAMA

Bakıdakı BAZARLAR virusa görə bağlanır? - AÇIQLAMA

Поделиться
Kopya edildi

Xəbər verdiyimiz kimi Nazirlər Kabineti yanında Operativ Qərargah "Şəki Bazar" ASC-də epidemioloji vəziyyətə dair açıqlama yayıb.
Qərargahdan verilən açıqlamada "Şəki Bazar" ASC-də yoluxma halı qeydə alınıb. Sanitar-epidemioloji tədbirlərin görülməsi məqsədi ilə bazar 18 sentyabr 2020-ci il tarixdən etibarən Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara uyğun olaraq 3 gün müddətində karantinə bağlanıb, yəni bu müddət ərzində bazarın fəaliyyəti bütünlüklə dayandırılıb.
Qeyd olunan müddət ərzində müvafiq tədbirlər görüldükdən sonra "Şəki Bazar" ASC fəaliyyətini davam etdirəcək".
Bakıda yoluxmanın statistikada 51 faiz təşkil etdiyini və yüksək yoluxma riski olan şəhər olduğunu nəzərə alsaq, burada yerləşən bazarları da eyni aqibət gözləyə bilərmi? Yəni Bakıdakı bazarlar virusa görə karantinə bağlana bilər?
Mövzu ilə bağlı Sonxeber.az-a azərbaycanlı professor Adil Qeybulla danışıb:
"Epidemioloji coğrafiyada şərtlər var. Şəki rayonunda son vaxtlar yoluxma potensialı artıb. Mən özüm həmin rayondan bir neçə xəstə müayinə etmişəm, daha sonra onları xəstəxanaya göndərmişik.
Yəqin ki, qeyd olunan rayonda hansısa yoluxma mənbəyi var.
Çox güman ki, yoluxmanın bir mənbəyi də bazar ola bilər.
Digər tərəfdən Şəki kurort yeri olduğu üçün restoran və müəyyən qapalı yerlərdə karantin davranışlarına əməl etməyə çox ciddi fikir verilməlidir.
Dövlət situasiyadan asılı olaraq işin gedişi boyu bazarlar və digər iaişə obyektləri ilə bağlı müəyyən tədbirlər görə bilər. Əsas məqsədimiz pandemiyadan az itkilərlə çıxmağımızdır.
Əgər hansısa epidemioloji yoluxma ocağı və artması üçün şərait varsa bununla bağlı tədbirlər görülə bilər. Hələ karantindəyik və bu qanunlarla yaşayırıq. Karantin tələb etdyi halda təbii ki, sərt və yumşaq qanunlar da ola bilər".


Новости   Просмотров: 69   Дата: 18 сентября 2020  

Другие видео