Azərbaycanda virusa görə məktəblər yenidən BAĞLANACAQ

Поделиться
Kopya edildi

Xəbər verdiyimiz kimi Azərbaycanda ən çox yoluxma halı paytaxt Bakıda müşahidə edilir. Ümumi yoluxma hallarının 56,1 faizi paytaxtın payına düşür.
Bakıda əhali sıxlığını, bunun üzərinə yeni tədris ili ilə əlaqədar məktəb və universitetlərin açılmasını gəlsək yoluxma hallarının vəziyyətə təsiri necə olacaq? Ölkədəki epidemik vəziyyət kritik hal alarsa, müəlim- şagird kontingentinin sağlamlığını təhlükəyə atamamaq üçün məktəblərin təmamilə onlayn sistemə keçməsi mümkündürmü?
Bununla bağlı Sonxeber.az-a ATU dosenti Ədalət Rüstəm danışıb:
Bakıda əhali yükünü boşaltmaq lazımdır. Vəziyyətin necə getməsi izlənilməli idi. Artıq rayonda olanlar rayona qayıtmğa məcburdur. Çünki universitetlər, texnikumlar, kolleclər, orta məktəblər açılır. Bakı daha da yükəlnəcək və bu 51 faiz deyil, 70 faiz olacaq. Düşünürəm yoluxma sayı Azərbaycanda artacaq. ABŞ da məktəblər açılanda bir həftə ərzində 40 minə şagird və müəllimlər virusa yoluxdu. Onlar məcbur olub məktəbləri qapatdılar. Bizdə də bu hal gözlənilir və olacaq".


Новости   Просмотров: 64   Дата: 17 сентября 2020  

Другие видео