Azərbaycanda məşhur müğənni vəfat etdi - FOTO

Поделиться
Kopya edildi

60- cı illərin məşhur estrada müğənnisi Cavanşir Əliyev 75 yaşında dünyasını dəyişib.

Sonxeber.az xəbər verir ki, bu barədə Kulis.az -a sənətkarın yaxınları məlumat verib. 60-80 cı illər estrada janrının mahir ifaçısı, dövrünün bir çox müsabiqələrinin, festivallarının laureatı, qalibi, qastrolyor Cavanşir Əliyev 60-70-ci illərdə Tofiq Əhmədovun rəhbərlik etdiyi tele-radionun estrada orkestrinin, Rusiyada məhşur musiqiçi Anatoli Krollun orkestrinin solisti olub.

Yaddaşlarda Oqtay Kazıminin "Bakının qızları" mahnısı ilə qalmış Cavanşir Əliyev səhnədə çox az müddətdə parlayıb.


Новости   Просмотров: 382   Дата: 07 мая 2020  

Другие видео