"10 yaşım olanda o adam əlimdən tutub, baldırıma əl atırdı" - Röyadan ŞOK AÇIQLAMA

Поделиться
Kopya edildi

BiG.AZ kulis.az-a istinadən Xalq artisti Röya Ayxanla müsahibəni təqdim edir.
- Bu il Azərbaycan üçün dəhşətli xəbərlərlə başladı. Məsələn, Nərminin faciəsi sizə bir insan kimi necə təsir etdi?

- Nərmin hadisəsi mənə ağır təsir etdi. Ən dəhşətlisi odur ki, hamımız artıq bu hadisə hər uşağın başına gələ bilər deyə düşünürük. O uşağın başına gələn faciədə anasının-atasının günahı böyükdür. Mən arada onun atasının şəklinə baxanda az qalıram əlimi ekrandan salıb onu boğum. O qızın həyatda olmamasının günahı içki düşkünü olan atadır. Sən gecə hava qaralanda qız uşağını bu məhəllədən o biri məhəlləyə necə göndərə bilirsən? Bunların hamısını mən görüb keçmişəm deyə daha çox təsir edir mənə. Bəlkə mənim də başıma gələ bilərdi. Danışmadığım şeylər var. Birini danışacam. Evimizə gələn yaxın adamlardan birini valideynlərim yerə-göyə sığdıra bilmirdi. Mənim də onda on yaşım vardı. Anama-atama deyə bilmirdim ki, siz o tərəfə baxanda bu adam mənim əlimdən tutur, baldırıma əl atır. Bu halları çox uşaq yaşaya bilər. Valideyn kor olmamalıdır. Nərminin bu faciəsi bir çox ata-ana üçün dərs olmalıdır. İndi hamı kənardan deyir, faciəni törədəni yandırsınlar, öldürsünlər... O qızın bir ayda yaşadıqlarının əvəzi çıxacaqmı?


Новости   Просмотров: 119   Дата: 06 февраля 2020  

Другие видео