Müğənni Röya və Xanım nənənin deputatlıq debatı: müğənnilər soyunsun ya soyunmasın?-ARXİV VİDEO

Поделиться
Kopya edildi

2005-ci ildə ANS telekanalının efirində yayımlanan "Qulp" proqramında müğənni Röya və Xanım nənənin deputatlıq debatı təqdim olunub. Bu günlərdə həmin arxiv video yayımlanaraq yenidən gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, həmin videoda Röya və Xanım nənənin deputatlıq çıxışları təqdim olunub. Fikirləri üst-üstə düşməyən namizədlərin arasında qalmaqal yaranıb. Belə ki, Xanım nənə müğənnilərin yarıçılpaq səhnəyə çıxmasından şikayətlənib:

"İstəyirəm ki, mən baş nazir olum. Xalqı bu bəladan qurtarım. Səhnəyə qolları, kürək və yaxaları açıq çıxırlar. Qadın səhnəyə elə çıxmaz. Əgər pulları yoxdusa, mən onlara geyim də alım, geyindirib, abıra salaram".

Müğənni Röya isə Xanım nənəyə qarşı çıxaraq, onun fikirlərinin yalnış olduğunu bildirib:
"Həmin çıxışdan sonra mən yata bilmədim. Həm əsəbdən, həm də telefon zənglərindən. Zəng edib hamı mənə ürək-dirək verdi: "Röya xanım, ürəyinizi sıxmayın. Bütün bunlar təxribat çıxışlarıdır. Siz namizədliyinizi irəli sürməkdə davam edin. Xalq soyunmağın tərəfdarıdır".

Mən soyunmaq üzrə mütəxəssis müğənni kimi deyə bilərəm ki, soyunmaq paltarsızlıqdan baş vermir. Soyunmaq özü də bir gözəllikdir".

Daha sonra yerli əhali arasında da sorğu aparılıb. Səs verənlərin böyük qismi Xanım nənənin sözlərini dəstəkləsə də, Röyanın tərəfdarları da az olmayıb.

Sözügedən videonu təqdim edirik:


Новости   Просмотров: 351   Дата: 28 января 2020  

Другие видео