Ailə ağardıcını "koronavirus dərmanı" adıyla satıb MİLYON DOLLAR qazandı - VİDEO

Paylaş
Kopya edildi

ABŞ-ın Florida ştatında ağardıcı vasitəni "möcüzəli koronavirus dərmanı" adıyla satan ailə məhkəməyə verilib.

Bu barədə ABŞ Ədliyyə Nazirliyi tərəfindən dərc olunan press-relizdə bildirilir.

Belə ki, 62 yaşlı Mark Qrenon oğulları 34 yaşlı Conatan, 26 yaşlı Cordan və 32 yaşlı Cozef ilə birlikdə bu cinayəti törədiblər.

Onlar sənaye ağardıcısını koronavirus və digər xəstəliklərin dərmanı kimi gizli şəkildə sataraq milyon dollar qazanıblar. Bu vasitə daxilə qəbul olunduqda insanda kəskin böyrək çatışmazlığına səbəb ola bilər.

Qrenonlar ailəsi zəhərli kimyəvi maddəni kilsə adından satıb və onun xərçəng, diabet, autizm, herpes, HİV və digər ciddi xəstəliklərdən sağaldan yeni dərman kimi təqdim ediblər.

Məhkəmə qərarı ilə 2020-ci ildə ailəyə kimyəvi maddələrin satışı qadağan edilib, lakin onlar "dərmanı" gizli şəkildə satmağa davam ediblər.

Ailə üzvləri saxtakarlıqda və məhkəmə qərarını pozmaqda ittiham olunurlar. Günahı sübut olunarsa, Mark Qrenonu ömürlük həbs cəzası gözləyir.

Məhkəmə prosesi aprelin 26-dan davam edir.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 133   Tarix: 27 aprel 2021  

Daha çox video izlə