"Xalq artisti yarıçılpaq soyunub maniken kimi..."- Deputat fəxri adlardan DANIŞDI

"Xalq artisti yarıçılpaq soyunub maniken kimi..."- Deputat fəxri adlardan DANIŞDI

Paylaş
Kopya edildi

Milli Məclisin Mədəniyyət Komitəsinin bu yaxınlarda keçirilən iclasında mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Fəxri adlar və təqaüdlərin verilməsi ilə bağlı Mədəniyyət Nazirliyinə müraciətlər daxil olduğunu deyib.
Onun sözlərinə görə, bu sahədə qayda-qanun yaradılmalıdır:
"Etiraf etmək lazımdır ki, bu sahədə müəyyən sui-istifadə halları olub. Bu sahənin tənzimlənməsi üçün müəyyən hüquqi mexanizmlər hazırlanmalıdır. Mədəniyyət sahəsində xidmətləri olan şəxslər mükafatlandırılmalıdır. Fəxri adların verilməsi zamanı öhdəliklərin də olmasını istəyirik. O məramlara zidd olan hərəkətlərin edilməməsi ilə bağlı öhdəliklərin olması vacibdir. Biz gələcəkdə fəxri adlar verən zaman həmin şəxslər öz üzərlərinə müəyyən öhdəliklər götürəcəklər.
Bizim məqsədimiz odur ki, cəmiyyəti narahat edən məsələlərlə bağlı vətəndaş mövqeyi bildirsinlər".
Bununla bağlı Sonxeber.az-a deputata Fazil Mustafa danışıb:
"Belə bir çıxış müsbət bir addımdır. Burada ideoloji, siyasi, başqa xarakterli öhdəlik ola bilməz. Mənəvi öhdəlikdən söhbət gedə bilər. Çünki bu adı o qədər ucuzlaşdırıblar ki, artıq yarışa çeviriblər və xoşagələn deyil. Xalq artisti və yaxud da bu titulu daşıyan insanlar dəyərlərinə hörmət ilə yanaşmalı, cəmiyyət içində öz reputasiyasına diqqət etməlidir.
Ad yaşın çoxluğuna görə verilmir, birbaşa istedadla bağlıdır. Sənətdə yaş ilə nəsə müəyyən edilmir. Mənəvi deyəndə, məsələn, xalq artisti yarıçılpaq soyunub cəmiyyətə maniken kimi özünü təqdim etmək yerinə ən azı özünü tamam fərqli ampluada təqdim etməlidir.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 113   Tarix: 23 sentyabr 2020  

Daha çox video izlə