65 yaşdan yuxarı şəxslərlə bağlı Operativ Qərargahdan AÇIQLAMA

65 yaşdan yuxarı şəxslərlə bağlı Operativ Qərargahdan AÇIQLAMA

Paylaş
Kopya edildi

Sentyabrın 22-də Azərbaycan payız fəslinə keçib. Ümumdünya Səhiyyə Təşkilatı və bir çox mütəxəssislər payız aylarında koronaviurusun ikinci dalğasının başlayacağını proqnozlaşdırırlar. Həkimlər bildirir ki, 65 yaşdan yuxarı insanların immuniteti zəif olduğundan yaşlıların bu virusa yoluxma ehtimalı böyükdür. Azərbaycanda 65 yaşdan yuxarı insanların çölə çıxmasına qadağa qoyula bilərmi?

Məsələ ilə bağlı Sonxeber.az-a danışan professor Adil Qeybulla bildirib ki, dünyada bununla əlaqədar tendensiya var:
"Yoluxmanın qarşısını almaq üçün qərarlar qəbul edilməlidir. Bu problemin yaşanmasına səbəb insanların karantin qaydalarına əməl etməməsidir. Müəllimlərin yoluxma səbəbi avtobusla işə gedib-gəlməsidir. Avtobuslarda karantin qaydaları gözlənilmir. Karantin qaydaları sərtləşdirilməlidir. Qapalı yerlərdə maskasız oturanlar cərimələnməlidir.
Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib ki, bu barədə onda heç bir məlumat yoxdur: "Əgər belə bir qərar qəbul edilərsə, tərəfimizdən məlumat veriləcək".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 110   Tarix: 23 sentyabr 2020  

Daha çox video izlə