Vətəndaşlar cəbhəyə getmək üçün axın edir - QÜRURVERİCİ GÖRÜNTÜ

Vətəndaşlar cəbhəyə getmək üçün axın edir - QÜRURVERİCİ GÖRÜNTÜ

Paylaş
Kopya edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması qurumun yerli rayon idarələrinin qarşısında izdihama səbəb olub.

BiG.AZ Xezerxeber.az-a istinadən xəbər verir ki, insanlar cəbhəyə gedərək döyüşmək və torpaqlarımızın azad olunmasında iştirak etmək istədiklərini bildiriblər.

Müxtəlif yaşda olan insanlar torpaqlarımızın işğaldan azad olunması üçün döyüşə hazır olduqlarını bəyan ediblər.

Bu arada, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi vəzifəlilərin təlimlərə çağırılmasının sosial şəbəkələrdə səfərbərliyin başlanması kimi xarakterizə olunmasına da münasibət bildirib.

Qurumdan bildirib ki, hərbi vəzifəlilər qanuna uyğun olaraq müəyyən müddətdən bir hərbi yoxlama, təlim və xüsusi toplanışlara cəlb olunurlar. Hazırda həyata keçirilən proses də bunun bir hissəsidir və çağırılan şəxsi heyət öz ixtisaslarına uyğun təlimlərə cəlb olunacaq.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 115   Tarix: 22 sentyabr 2020  

Daha çox video izlə