Pandemiyaya görə şagirdlər bu il SİNİFDƏ QALA BİLƏR - AÇIQLAMA

Pandemiyaya görə şagirdlər bu il SİNİFDƏ QALA BİLƏR - AÇIQLAMA

Paylaş
Kopya edildi

Bəzi mütəxəssislər bu il pandemiyaya görə məktəblərin açılmasının doğru olmadığını bildirir.

Hətta ABŞ- da orta məktəblərin yenidən bağlanılması ilə bağlı məlumatlar var.

Ölkəmizdə də mövcud epidemioloji vəziyyət baş verərsə və pandemiyaya görə məktəblər qapadılmaya gedərsə, şagirdlərin cari ilin təhsil pilləsindəki mənimsəmələri necə olacaq?
Dərslərin onlayn rejimdə keçirilməsinin gətirdiyi internet çətinliklərini də buraya əlavə etsək, dərslərin bərpası məqsədilə şagirdlərə gələn tədris ilində 1 il əvvəlki dərslərin keçilməsi mümkündürmü?

Yəni şagirdlərin dərslərinin keyfiyyətinin bərpası üçün onların 1 il sinifdə qalması ola bilərmi?

Bununla bağlı Sonxeber.az-ın sualını Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi İlqar Orucov cavablandırıb:

"Bəli, bu mümkündür. Məsələ burasındadır ki, mart ayında məktəblər qapadılanda da həmin məsələ gündəmə gəlmişdir. Çünki proqramda nə nəzərdə tutulubsa şagird onu məniməsəməlidir.

Növbəti mövzular həmin bazanın üzərində formalaşır. Əlbəttə biz o zənciri qırsaq çox ciddi fəsadlar törənəcək və növbəti mövzularda şagirdlərin mənimsəməsində ciddi problemlər olacaq. Bu baxımdan ənənəvi təhsillə bağlı keçid olacaqsa əvvəlki illərin mövzuları mütləq şəkildə təkrarlanacaq.

Proqram mövzuları birmənalı şagirdlərin mənimsəməsi üçün yenidən tədris oluna bilər".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 122   Tarix: 22 sentyabr 2020  

Daha çox video izlə