Azərbaycan Ordusunun zirehli texnikalarının təlimləri keçirilir

Azərbaycan Ordusunun zirehli texnikalarının təlimləri keçirilir

Paylaş
Kopya edildi

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

Sonxeber.az xəbər verir ki, ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 120   Tarix: 22 sentyabr 2020  

Daha çox video izlə