Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı

Müdafiə Nazirliyi təlimdən görüntülər yaydı

Paylaş
Kopya edildi

Müdafiə Nazirliyi daha bir açıqlama yayıb.

BiG.AZ-ın məlumatına görə, xəbərdə bildirilir ki, Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq piyadaların döyüş maşınları (PDM), zirehli transportyorlar (ZTR) və digər döyüş maşınlarının ekipajları döyüş vərdişlərini təkmilləşdirirlər.

"Ümumqoşun poliqonlarının təlim nöqtələrində zirehli texnikaların ekipajlarından ibarət şəxsi heyət atış hazırlığı üzrə normativləri yerinə yetirir.

Keçirilən təlim məşqlərinin əsas məqsədi şəxsi heyətin döyüş hazırlığının artırılması, döyüş maşınlarının çətin keçilən ərazilərdə idarə edilməsi və real döyüş şəraitində tətbiqi üzrə vərdişlərin təkmilləşdirilməsidir", - deyə məlumatda qeyd olunub.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 119   Tarix: 22 sentyabr 2020  

Daha çox video izlə