Timsahdan qaçan tısbağa İZLƏMƏ REKORDU QIRDI - 15 MİLYON
Sosial şəbəkələrdə tısbağanı udmağa çalışan, amma cəhdi uğursuz alınan timsahla bağlı video virus kimi yayılıb.
BiG.AZ xəbər verir ki, Esquire.ru-nun məlumatına görə, kadrlar Cənubi Karolinada qeydə alınıb.
Video müəllifinin sözlərinə görə, görüntüləri evinin arxa həyətində çəkib.
Kadrlardan görünür ki, timsah tısbağanı udmağa çalışır, amma o, yırtıcının ağzından sürüşüb çıxır, sonra isə tullana-tullana qaçır.
İstifadəçilər tərəfindən böyük maraqla qarşılanan video "Twitter"də yayımlanandan sonra 15,3 milyon baxış toplayıb. (Oxu.az)
Facebookda Paylaş
Maraqlı Baxılıb: 123 Tarix: 22 sentyabr 2020