Bakıda DƏHŞƏTLİ HADİSƏ: Qadın özünü 8-ci mərtəbədən atdı

Bakıda DƏHŞƏTLİ HADİSƏ: Qadın özünü 8-ci mərtəbədən atdı

Paylaş
Kopya edildi

Bakıda ahıl qadın intihar edib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə dünən günorta saatlarında Bakının Xətai rayonunda qeydə alınıb.

Rayonun Sarayevo küçəsində yaşayan 65-70 yaşlarında qadın özünü yaşadığı binanın səkkizinci mərtəbəsindən ataraq intihar edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, meyit ərazidən götürülərək müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anotomiya birliyinin Xətai rayon şöbəsinə təhvil verilib.

Hadisə şahidlərinin sözlərinə görə, intihar edən qadın həmin mənzildə yaşlı həyat yoldaşı ilə birgə yaşayırmış. Onun hansı səbəbdən özünü binadan atması bəlli deyil.

Faktla bağlı araşdırma aparılır.

Hadisə ilə bağlı görüntüləri təqdim edirik.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 129   Tarix: 19 sentyabr 2020  

Daha çox video izlə