Avropa Liqası tarixində İLK: 12 qolluq möhtəşəm matç
Avropa Liqasının II təsnifat mərhələsində keçirilən "Topola" – "Styaua" görüşü tarixə düşüb.
Serbiyada keçirilən qarşılaşmada 12 qol vurulsa da, qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac yaranıb.
120 dəqiqəsi 6:6 hesabı ilə bitən görüş avrokuboklar tarixinin ən məhsuldar heç-heçəsidir. Bunadək rəqiblərin nəinki hərəyə 6, hətta 5 top vurmasına da təsadüf olunmayıb.
Qeyd edək ki, penaltilər seriyasında "Styaua" qalib gəlib.(xezerxeber)
Facebookda Paylaş
Maraqlı Baxılıb: 142 Tarix: 18 sentyabr 2020