Koronavirusu tamamilə neytrallaşdıran preparat tapıldı

Paylaş
Kopya edildi

ABŞ-ın Pittsburq Universitetinin alimləri SARS-CoV-2 virusunu tam şəkildə neytrallaşdıran ən kiçik bioloji molekulu tapıblar.

Bu barədə "Cell" jurnalı yazıb.

Bu molekul COVID-19-a qarşı Ab8 dərmanı yaratmaq üçün istifadə edilən tamölçülü anticisimdən 10 qat kiçik bir zülal birləşməsidir.

Araşdırmanın nəticəsi göstərir ki, Ab8 siçanlarda SaRS-CoV-2-nin profilaktikası və müalicəsində effektli təsir edir. Molekulun kiçik ölçüsü toxumalara diffuziya qabiliyyətini artırır, bu da virusu daha yaxşı neytrallaşdırmağa və eyni zamanda dərmanın tənəffüs yolu ilə qəbuluna imkan verir. Preparat insan hüceyrələri ilə bağlanmır və bu da yan təsirləri minimuma endirməyə imkan yaradır.


Facebookda Paylaş Maraqlı   Baxılıb: 166   Tarix: 16 sentyabr 2020  

Daha çox video izlə