Azərbaycanlı müğənninin sevgilisi arvadının üstünə basqın etdi

Paylaş
Kopya edildi

Tanınmış müğənni Samir Piriyevin ailəsinin yaşadığı evə basqın edilib.

BiG.AZ xəbər verir ki, hadisə iyun ayının 8-i baş verib. Səhər 12 radələrində 27 yaşlı Aynur adlı gənc bir qadın Piriyevin özü evdə olmadan, ailəsinə basqın edib. Müğənninin həyat yoldaşı Anara Piriyevaya hücum edib. Aynur adlı qadın müğənninin həyat yoldaşını və uşaqlarını yaşadığı evində təhqir edib, fiziki təzyiqlər göstərib. Bu hadisədən sarsıntı və şok keçirən müğənninin həyat yoldaşı Anara Piriyevanın vəkili tərəfindən iyun ayının 9-u Nəsimi rayonu 20-ci bölməsinə şikayət edilib.

Məsələ ilə bağlı müğənni Samir Priyev də cavab verib. Xəbərçi.az -a danışan S. Priyev ailəsini çox sevdiyini və hər şeyi onlara qurban verməyə hazır olduğunu bildirib: "Mən Anaranı çox sevirəm. Belə söhbətlər etmək bizə yaraşmaz . Ailə məsələlərini ictimailəşdirməyək. Söz söhbət və səhvlər hər yerdə olur. Ailəm mənim üçün hər kəsdən dəyərlidi. O xanımla da dostluq münasibətimiz olub, vəssalam, başqa heç nə ... Mənə əsas ailəmdi".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 8508   Tarix: 22 iyul 2020  

Daha çox video izlə