"Kiflənmiş çörək yeyirdim..." - İlham Mirzəyevdən ŞOK ETİRAFLAR

Paylaş
Kopya edildi

Məşhur parapisixoloq İlham Mirzəyev "Bizimləsən" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, İlham veriliş zamanı gənclik həyatı haqqında şok etiraflar edib. O, bildirib ki, tələbə vaxtı üç ay vağzalda yatıb, heç bir qohumu ona köməklik göstərməyib:

"Anam məni bibisi qızıgilə gətirdi ki, orda qalım. Onun əri də dedi ki, xalam qızı gəlib qalacaq. Sən burada qala bilməzsən. Mən bunu evdə bildirmədim, yalandan anama dedim ki, dostumgildə qalıram. Amma üç ay vağzalda yatırdım. Sonra dostlar məni Tibb Universitetinin yataqxanasına apardılar. Bir ay orda qalandan sonra artıq oradakılar bildi ki, mən oranın tələbəsi deyiləm, çıxartdılar məni. Axtardım ucuz olsun deyə, Bülbülə qəsəbəsində 50 rubla iki otaqlı ev tapdım. Əvvəl o evdə göyərçin saxlayırdılar, sonra təmizlədilər, mən qaldım. Mən qrup nümayəndəsi idim. Uşaqların pullarını mən yığıb verirdim. 60 manat təqaüd alırdım. Uşaqların da pullarını verəndə hərəsi bir manat, iki manat mənə verirdi, belə dolanırdım. Elə vaxt olurdu çörəyim kif atırdı. Mən o kifi təmizləyib, doğrayırdım. Marqarin yağında şorba edib tökürdüm onun içinə. Amma yenə də atama anama demirdim vəziyyətimi. Qohumlarım da çox idi, amma heç biri köməklik etmirdi. Sonra mən tanındım bir-bir qohumlarım çıxdı. Yenə dara düşdüm, heç birin görmədim yanımda. Bir yaşlı anam və yoldaşım- iki qadından başqa heç kim yanımda olmadı".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 157   Tarix: 19 iyun 2020  

Daha çox video izlə