Azərbaycanda 3 uşaq atası özünü öldürdü

Paylaş
Kopya edildi

Mingəçevir şəhərinin Heydər Əliyev prospektindəki Yeni köçkün qəsəbəsinin sakini Vüqar Nəbiyev intihar edib.

Yeniavaz.com xəbər verir ki, hadisə may ayının 26-sı axşam saat 18 radələrində baş verib. Belə ki, tut yeyən azyaşlı uşaqlar, 44 yaşlı Ağdam rayonundan məcburi köçkün V. Nəbiyevi özünü asmış vəziyyətdə tapıblar.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Qeyd edək ki, intihar etmiş V. Nəbiyev 3 uşaq atası idi.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 288   Tarix: 27 may 2020  

Daha çox video izlə