Kafe və restoranlar bu həftə açılır?- AÇIQLAMA
Sosial şəbəkədə kafe və restoranların bu həftə açılacağı ilə bağlı iddialar yer alıb. Bu həftə kafe və restaoranlar açıla bilərmi?
Bununla bağlı Sonxeber.az-a danışan TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva bildirdi ki, bununla bağlı qərarlar Nazirlər Kabineti yanında Operativ Qərargah verir: "Bu həftə ərzində keçirilən brifinqdə yumşalmaların hansı sahələrə şamil olacağı bəlli olacaq".
Operativ Qərargahın rəsmisi İbrahim Məmmədov bildirib ki, bununla bağlı hər hansı bir qərar olsa, ictimaiyyətə məlumat veriləcək.
Facebookda Paylaş
Xəbərlər Baxılıb: 792 Tarix: 15 may 2020