Safura müğənnilikdən sonra, bu işlə məşğuldur

Paylaş
Kopya edildi

"Eurovision" təmsilçilərimizdən olan Safura Əliyeva sosial şəbəkədə paylaşdığı görüntülərlə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, Əliyevanın paylaşdığı rəsm əsərlərinin fotosu marağa səbəb olub. Belə ki, Safura ailə həyatı qurduqdan sonra müğənnilik sənətindən uzaqlaşıb və indi də rəssamlıqla məşğul olur. Onun çəkdiyi rəngarəng rəsmlər zövq oxşayır. Sənətçi postun şərh bölümünü bağladığına görə izləyiciləri rəy yaza bilməyiblər.

Qeyd edək ki, Safura mərhum energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyevlə evlidir. Fərhad və Safurənin üç övladı var.


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 448   Tarix: 07 may 2020  

Daha çox video izlə