Tərtərin icra başçısı koronavirusa görə karantinə alınıb?

Paylaş
Kopya edildi

BMT-nin Təhlükəsizlik Şurası yekdilliklə ABŞ və radikal əfqan hərəkatı "Taliban" arasında bağlanmış sülh sazişini dəstəkləyən qətnamə qəbul etdi. Qətnamə bütün dövlətləri Əfqanıstanda müharibəyə son qoymaq məqsədilə Əfqanıstan hökuməti və "Taliban" hərəkatı arasında danışıqların başlanmasına dəstək verməyə çağırır.Beləliklə, bu yaxınlarda Birləşmiş Ştatlar və "Taliban" arasında bağlanan, 14 ay ərzində Əfqanıstan ərazisindən xarici qoşunların çıxarılması və rəsmi Kabillə taliblər arasında dialoqun başlanmasını nəzərdə tutan sülh sazişi dünya birliyi tərəfindən BMT-nin Təhlükəsizlik Şurası səviyyəsində təqdir olundu. Əfqanıstanda uzunmüddətli müharibənin başa çatdırılması üçün real şərait yaradılmaqdadır.

Bununla bağlı Sonxeber.az-a danışan politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Əfqanistanda müharibənin sona çatdığını demək olmaz:
"Talibanla ABŞ arasında sülh müqaviləsi sadəcə taktiki bir gedişdir və görünür tərəflərin ortaq maraqları var. ABŞ zamanla Talibanla birlikdə olub, sözünə baxmayanda isə təşkilatı cəzalandırıb. ABŞ-la Taliban İŞİD-ə qarşı döyüşdə birlikdə əməkdaşlıq etdilər. Sadəcə olaraq bundan sonra Talibanla koordinasiyalı çalışacaqlar. BMT sadəcə bu qərarı ABŞ-ın birbaşa istəyi ilə qəbul edib. Əfqanistanda müharibənin başa çatması mümkün deyil. Sabah Taliban hakimiyyəti ələ keçirə bilər. Bu da yeni silahlı münaqişə demək olacaq. Hesab edirəm ki, ABŞ Talibana hakimiyyəti götürmək üçün şans verə bilər. Bu gün Əfqanıstanda iki qrup özünü prezident elan edib. Ona görə də daxildə siyasi vəziyyət mürəkkəb olaraq qalır. 14 ay müddətində ölkədə vəziyyət mürəkkəbləşə bilər. Qoşunların bu ölkədən çıxması ilə Talibanın hakimiyyətə yolu açılacaq. İki tərəf arasında sülh müqaviləsi ciddi mətləblərdən xəbər verir".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 550   Tarix: 11 mart 2020  

Daha çox video izlə