Çində qalan azərbaycanlı tələbələri Türkiyə təyyarəsi gətirəcək - Çavuşoğlu AÇIQLADI

Paylaş
Kopya edildi

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu koronavirusla bağlı Çində qalan azərbaycanlılarla bağlı danışıb.

Mövlud Çavuşoğlu Modern.az-a açıqlamasında məsələni diqqətdə saxladıqlarını deyib.

"Virus yayılan bölgədə 7 azərbaycanlının olması barədə məlumatımız var. Yaxın vaxtlarda Türkiyədən Çinə təyyarə gedəcək və orada qalan Türkiyə vətəndaşlarını gətirəcək".

Çavuşoğlu qeyd edib ki, azərbaycanlı tələbələr də Türkiyə təyyarəsi ilə gətiriləcək:

"Artıq məlum məsələ ilə bağlı Rəcəb Tayib Ərdoğanla danışmışam və Azərbaycan tərəfinə də bu barədə məlumat verilib. Orada qalan azərbaycanlı tələbələr Türkiyə təyyarəsi ilə gətiriləcək".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 445   Tarix: 29 yanvar 2020  

Daha çox video izlə