Səhiyyə nazirliyi ləğv edilib?- RƏSMİ AÇIQLAMA

Paylaş
Kopya edildi

Son bir neçə gündə sosial şəbəkə və bəzi KİV səhifələrində Səhiyyə nazirliyinin ləğv edilməsi ilə bağlı məlumatlar gedib.

Bununla bağlı Sonxeber.az Səhiyyə Nazirliyi ilə əlaqə saxlayılb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, yayılan xəbərlər əsasızdır: "Hər hansı qurumu ləğv edilirsə, kimsə işdən çıxarılırsa və ya yeni təyinat olarsa bu barədə Azərbaycan Respublikasının Prezidentinin rəsmi saytında məlumat yerləşdirilir. Səhiyyə nazirliyinin ləğv edilməsi ilə bağlı Cənab Prezidentin heç bir sərəncamı və fərmanı yoxdur. Hər hansı bir qurumu ləğv etmə səlahiyyətinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev malikdir. Bu kiminsə sözünə görə olan bir şey deyil. Bununla bağlı Cənab Prezident İlham Əliyevin sərəncamı və ya fərmanı olmalıdır".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 211   Tarix: 21 yanvar 2020  

Daha çox video izlə