Aybəniz Haşımova şəhid həyat yoldaşın andı: "Xalid ilk sevgisini mənə şəhidlərin 40-ci günü açmışdı"

Paylaş
Kopya edildi

Əməkdar artist Aybəniz Haşımova həyat yoldaşı şəhid Xalid Quliyevi anıb.
BiG.AZ xəbər verir ki, əməkdar artist instaqram hesabında foto paylaşaraq həyat yoldaşı ilə bağlı xatirlərini bölüşüb:
"90- ci illərdə saqqal saxlamaq qətiyyən dəb deyildi...və şəkildə gördüyünüz, Azərbaycanın Qəhramanı, ölkəmizin ərazi bütövlüyü uğrunda canindan keçmiş igid Xalid Quliyev, məhz 20 yanvar şəhidlərinin yasin tutaraq saqqal saxlayırdı.Baxmayaraq ki, bu şəklin dövründə dostunun toyuna aparmışdı məni və qardaşıni.Nə qədər israr etsəm də.. Yenə də o, günü bax beləcə getdi o, toya. Onu, düz deyirlər. Niyyətin hara, mənzilin də ora... Hər dəfə bu şəklə baxanda adamın ürəyi param-parça olur...O dövrdəki, oğlanlar bambaşqa idi...İnciməsin məndən gənclərimiz... O, dövrün oğlanları başqalarindan ötrü caninini fəda edirdilər... Necə ki, etdi @qarabaqshehidixalid. Ən dəhşətlisi də, o idi ki, ilk sevgisini də, mənə məhz Xalid şəhidlərin 40ci, günündə açmışdı... sanki, Hər şeyi özü bilirdi... Ancaq, ən ağrılısıda, odur ki, hal-hazırda özü mənə göstərdiyi, şəhidlər xiyabanındaki, 3-cü, sırada uyuyur... Allah bütün şəhidlərimizə rəhmət eləsin, yerləri behişt olsun".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 231   Tarix: 20 yanvar 2020  

Daha çox video izlə