Afaq Aslan əsəbləşdi: "Ombalarını şişirdib özlərini "broyler toyuq"larına oxşadırlar"

Paylaş
Kopya edildi

"Namusdan xəbəri olmayan çıxır namusdan danışır".

Sonxeber.az bildirir ki, bu sözləri müğənni Afaq Aslan deyib. Şəxsi instaqram hesabında şou əhlinə əsəbləşən müğənni savadı və namusu olmayanları qınaq atəşinə tutub:

"Görəsən bəzi karikaturlar kimi başları bədənlərindən böyük, qolları gödək, ombalarını şişirdib özlərini "broyler toyuq"larına oxşadan bir qism şou – biznes əhli müsahibə verdikdən sonra özlərini mavi ekran arxasından izləyirlərmi və kənardan necə gülünc göründüklərininin fərqindədirlərmi? Savadı olmayan çıxır savaddan danışır! Namusdan xəbəri olmayan çıxır namusdan danışır!"
Afaq Aslan gündəmdə qalmaq istəyənlərin ünvanına demədiyi söz buraxmayıb. Belə ki, o, şou əhlini heç kimə lazım olmayan sənətləri ilə, atmacalarla gündəmdə qalmaqda günahlandırıb:
"Bir-birinin ünvanına söz demək istəyəndə ad çəkməyə cəsarəti çatmır, ortalıqda yiyəsiz qalmış ucuz fahişələr kimi tumanını çəkir başına, çıxıb efirdə hozuluq edir, ona- buna xox gəlir! Heç kimə lazım olmayan sənəti ilə tutuzdura bilməyən çıxır kiminsə ünvanına atmacalar atır ki, bəlkə gündəmdə qala!"


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 283   Tarix: 17 yanvar 2020  

Daha çox video izlə