"Nigar Camal keçmişini unudub"

Paylaş
Kopya edildi

Əməkdar artist, aktyor Tahir İmanov "Söhbət var" verilişində qonaq olub.

BiG.AZ xəbər verir ki, veriliş zamanı aktyorla oyun oynanılıb. Qaydalara görə aktyora məşhurların şəkilləri göstərilib və ilk anda həmin şəxs haqqında ağlına gələn sözü deməlidir.

Aparıcı Dilarə Əliyeva müğənni Nigar Camalın şəklin göstərib. Tahir İmanov isə ilk anda deyib ki, Nigar Camal gözəl keçmişini yaddan çıxarır:
"Bu xanım çox gözəl xanımdır. Amma əksər hallarda gözəl keçmişini yaddan çıxarır.Bizim əfsanəvi Planet Parni iz Baku komandasının üzvü olub.Bir neçə dəfə konsertlərimizə çıxıb. Amma təəssüflər olsun ki, heç vaxt bu haqda danışmayıb. Çox gözəl münasibətimiz var".


Facebookda Paylaş Xəbərlər   Baxılıb: 127   Tarix: 13 yanvar 2020  

Daha çox video izlə