Qadın 9 min manata yaxın oğurluq etdi - ARB TV

Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Gülzadə Xəlilovaya məxsus mənzildən oğurluq edilib.

ARB TV xəbər verir ki, bu barədə ev sahibi Qaradağ Rayon Polis İdarəsi 10-cu Polis Bölməsinə məlumat verib.

Şikayətçi evdə olmadığı müddətdə naməlum şəraitdə onun mənzilindən 5320 manatının və 3375 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib.

Həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində qeyd edilən oğurluq hadisəsinin Hüseynova Nigar Eldar qızı tərəfindən törədildiyi müəyyən edilib. Həmin şəxs saxlanılaraq istintaqa təqdim edilib. Onun evində aparılan axtarış-götürmə tədbiri zamanı zərərçəkənin evindən oğurladığı 2 ədəd qızıl üzük aşkar edilərək istintaq materiallarına əlavə edilib.


Facebookda Paylaş   Baxılıb: 576   Tarix: 09 yanvar 2018  

Daha çox video izlə